​İtaliyanın "Milan" klubu 1.5 milyard avroya satılıb

​İtaliyanın "Milan" klubu 1.5 milyard avroya satılıb Tailandlı iş adamı məşhur kluba sahib olub
Futbol
1 May , 2015 17:57
​İtaliyanın Milan klubu 1.5 milyard avroya satılıb

Bakı. 1 may. REPORT.AZ/ İtaliyanın "Milan" klubunun 75% səhmi təxminən 1.5 milyard avroya satılıb. "Report"un "Hürriyət"ə istinadən verdiyi məlumata görə, Silvio Berluskoninin sahibi olduğu klub tailandlı biznesmen Bi Taeçaubolun sərəncamına keçib.

Bir neçə gündür şəxsi heyəti ilə Milanda məskunlaşan iş adamı "Global Legend Series" futbol yarışlarının, inşaat sahələrinin və dünya səviyyəli restoranlar şəbəkəsinin sahibidir. Klubun yeni sahibinin Berluskoni ilə bugünkü görüşdən sonra bu barədə açıqlama verəcəyi gözlənilir.

Qeyd edək ki, "Milan" İtaliya A Seriyasında 33 turdan sonra 43 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi