​İtaliyanın "İnter" klubu "Qarabağ"la oyunöncəsi öz meydanında məğlub olub

​İtaliyanın "İnter" klubu "Qarabağ"la oyunöncəsi öz meydanında məğlub olub "Neradzurra" "Udineze"nin qarşısında tab gətirə bilməyib
Futbol
8 Dekabr , 2014 03:25
​İtaliyanın İnter klubu Qarabağla oyunöncəsi öz meydanında məğlub olub

Bakı. 8 dekabr. REPORT.AZ/ İtaliyanın "İnter" klubu Avropa Liqasının son turu çərçivəsində "Qarabağ"la oyunöncəsi öz meydanında məğlub olub.

"Report" xəbər verir ki, Milan təmsilçisi A Seriyasının 14-cü turunda "Udineze" ilə oyunda 1:2 hesablı məğlubiyyətlə barışıb.

Matçda hesabı Mauro İkardinin qolu ilə "neradzurra" açıb. 60-cı dəqiqədə Bruno Fernandeş qonaqların bərabərlik topunu vurub. Tezliklə Sirilya Teronun dəqiq zərbəsi "Udineze"yə qələbə gətirib.

Hazırda "İnter" turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, "İnter" dekabrın 11-də Bakıda "Qarabağ"ın qonağı olacaq.

Son xəbərlər

Orphus sistemi