İtaliya yığması Serbiyaya qalib gəlib

İtaliya yığması Serbiyaya qalib gəlib Oyunda 3 qol qeydə alınıb
Futbol
6 May , 2016 15:56
İtaliya yığması Serbiyaya qalib gəlib

Bakı. 6 may. REPORT.AZ/ Bakıda 17 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatında daha bir oyun olub.

"Report"un məlumatına görə, D qrupunda İtaliya və Serbiya yığmaları üz-üzə gəliblər.

"Azərsun Arena"da baş tutmuş görüş italyanlar üçün uğurlu olub. Nominal meydan sahibləri 2:1 hesablı qələbə qazanıb. İtaliyanın heyətində matçın 9-cu dəqiqəsində Canluka Skamakka, 23 dəqiqə sonra isə Moys Kin fərqlənib. Serbiyanın yeganə qolunun sahibi isə oyunun 77-ci dəqiqəsində İqor Maksimoviç olub. 

Qrupun digər oyununda isə Hollandiya və İspaniya qarşılaşır. Hazırda İspaniya 1:0 hesabı ilə öndədir.

İngilis versiyası Italian team wins Serbia

Son xəbərlər

Orphus sistemi