​İtaliya millisi AVRO-2016 üçün yekun heyətini açıqlayıb

​İtaliya millisi AVRO-2016 üçün yekun heyətini açıqlayıb Apennin təmsilçisi “E” qrupunda Belçika, İrlandiya və İsveçlə mübarizə aparacaq
Futbol
1 İyun , 2016 00:09
​İtaliya millisi AVRO-2016 üçün yekun heyətini açıqlayıb

Bakı. 1 iyun. REPORT.AZ/ Antonio Kontenin rəhbərlik etdiyi İtaliya yığma komandasının məşqçilər qərargahı Fransada keçiriləcək futbol üzrə Avropa çempionatı – 2016-da çıxış edəcək komandanın yekun heyəti açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

23 nəfərdən ibarət tam heyət bu şəkildədir:

Qapıçılar - Canluici Buffon ("Yuventus"), Federiko Marketti ("Latsio"), Salvatore Siriqu (PSJ, Fransa);

Müdafiəçilər - Andrea Bartsali, Leonardo Bonuççi, Corcio Kyellini (hamısı "Yuventus"), Ancelo Oqbonna ("Vest Hem", İngiltərə);

Yarımmüdafiəçilər - Daniele De Rossi, Alessandro Florensi, Stefan El-Şaaravi (hamısı "Roma"), Emanuele Cakkerini ("Bolonya"), Tyaqo Motta (PSJ, Fransa), Marko Parolo, Antonio Kandreva (hər ikisi "Latsio"), Stefano Sturaro ("Yuventus"), Federiko Bernardeski ("Fiorentina"), Matteo Darmian ("Mançester Yunayted", İngiltərə), Mattia De Şilyo ("Milan");

Hücumçular - Eder ("İnter"), Çiro İmmobile ("Torino"), Lorenso İnsinye ("Napoli"), Qrasiano Pelle ("Sautgempton", İngiltərə), Simone Zaza ("Yuventus").

Avropa çempionatı iyunun 10-dan iyulun 10-dək Fransada keçiriləcək. İtaliya yığması “E” qrupunda Belçika, İrlandiya və İsveçlə mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi