İtaliya Futbol Federasiyasının prezidentini FİFA da cəzalandırıb

İtaliya Futbol Federasiyasının prezidentini FİFA da cəzalandırıb Karlo Tavekkio ali futbol qurumu daxilində bütün fəaliyyətlərdən məhrum edilib
Futbol
5 Noyabr , 2014 14:57

Bakı. 5 noyabr. REPORT.AZ/ FİFA İtaliya Futbol Federasiyasının (FİGC) prezidenti Karlo Tavekkioya qarşı intizam sanksiyalarını artırıb. "Report"un məlumatına görə, Tavekkio indi ali futbol qurumu daxilində bütün fəaliyyətlərdən məhrum edilib.

Daha öncə onun Avropa futbol təsərrüfatında çalışmasına qadağa qoyulub. Səbəb kimi seçkiqabağı kampaniya dövründə Tavekkionun rasist ifadələr səsləndirməsi göstərilib.

Qeyd edək ki, Azərbaycan milli komandası AVRO-2016-nın seçmə mərhələsində İtaliya yığması ilə eyni qrupda yer alıb. 

Son xəbərlər

Orphus sistemi