​İtaliya çempionatı: "Milan" "Roma"nı məğlub edib - VİDEO

​İtaliya çempionatı: "Milan" "Roma"nı məğlub edib - VİDEO "Yuventus" "Kalyari" ilə heç-heçə oynayıb
Futbol
10 May , 2015 06:31
​İtaliya çempionatı: Milan Romanı məğlub edib - VİDEO

Bakı. 10 may. REPORT.AZ/ İtaliya A Seriyasının 35-ci turunun oyununda "Milan" öz meydanında "Roma" üzərində 2:1 hesabı ilə qələbə qazanıb.

"Report" xəbər verir ki, "rossonyerlər" birinci hissənin sonuna beş dəqiqə qalmış Marko van Qinkelin dəqiq zərbəsi sayəsində hesabda irəli çıxıblar.

59-cu dəqiqədə isə Mattia Destro fərqi iki topa çatdırıb. Romalılar 73-cü dəqiqədə Françesko Tottinin on bir metrlik cərimə zərbəsindən vurduğu qol ilə yadda qalıblar.

Beləliklə, "Milan" beş oyundur davam edən qələbə həsrətinə son qoymağı bacarıb.

"Roma" hazırda turnir cədvəlinin ikinci pilləsində (64 xal), "Milan" isə 10-cu yerdə (46) qərarlaşıb.

İtaliya A Seriyası. 35-ci tur

"Milan" (Milan) – "Roma" (Roma) – 2:1

Qollar: van Qinkel, 40 (1:0); Destro, 59 (2:0); Totti, 73 (2:1, pen).

"Yuventus" – "Kalyari" - 1:1

Qollar: Poqba, 45 (1:0), Rossettini, 85 (1:1)

Son xəbərlər

Orphus sistemi