​İspaniyanın U-17 yığması Avro-2016-nın finalına yüksəlib

​İspaniyanın U-17 yığması Avro-2016-nın finalına yüksəlib Almaniya ilə keçirilən oyunda ispanlar 2:1 hesablı qələbə qazanıb
Futbol
18 May , 2016 22:55
​İspaniyanın U-17 yığması Avro-2016-nın finalına yüksəlib

Bakı. 18 may. REPORT.AZ/ Bakıda keçirilən 17 yaşadək futbolçulardan ibarət Avropa çempionatının finalçıları müəyyənləşib.

"Report"un məlumatına görə, Portuqaliyadan sonra finala yüksələn digər komanda İspaniya yığması olub.

Almaniya ilə keçirilən oyunda ispanlar 2:1 hesablı qələbə qazanıb. Komandanın yeganə qoluna maçtın 11-ci dəqiqəsində azərbaycanlı futbolçu Renat Dadaşov imza atıb. İspanlar 56-cı dəqiqədə hesabı bərabərləşdirmək imkanı qazansa da, Jordi Mboula penaltini dəqiq yerinə yetirə bilməyib. Lakin 64-cü dəqiqədə Abel Ruiz hesaba tarazlıq gətirib. 14 dəqiqə sonra Brahim Diaz komandasını finala yüksəldən qolu vurub.

Mayın 21-də "Bakcell Arena"da Portuqaliya və İspaniya yığmaları arasında keçiriləcək final qarşılaşması saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi