İspaniya yığmasının qapıçısı 50 illik rekordu təzələyib

İspaniya yığmasının qapıçısı 50 illik rekordu təzələyib David de Xea 5-ci matçda qapısını toxunulmaz saxlayıb
Futbol
18 İyun , 2016 11:38
İspaniya yığmasının qapıçısı 50 illik rekordu təzələyib

Moskva. 18 iyun. REPORT.AZ/ Futbol üzrə İspaniya milli komandasının qapıçısı David de Xea Avropa çempionatlarında seçmə mərhələ də daxil olmaqla yeni rekorda imza atıb. "Report"un məlumatına görə, 26 yaşlı qolkiper yığmada ardıcıl 5-ci matçda qapısını toxunulmaz saxlayıb.

3:0 hesabı ilə qalib gəldikləri Türkiyə ilə görüşdən öncə o, Lüksemburq, Makedoniya, Ukrayna və Çexiya millilərinə də fərqlənmək imkanı verməyib.

Qeyd edək ki, əvvəlki rekord İngiltərə yığmasının qapıçısı Qordon Benksə məxsus olub. Onun qoruduğu qapıya 1966-cı ildə millidəki 4 rəsmi matçında qol vura bilməyiblər. 

Son xəbərlər

Orphus sistemi