​İspaniya Kubokunun finalçıları müəyyənləşib

​İspaniya Kubokunun finalçıları müəyyənləşib Finalda "Barselona" və "Atletik Bilbao" komandaları qarşılaşacaq
Futbol
5 Mart , 2015 10:17
​İspaniya Kubokunun finalçıları müəyyənləşib

Bakı. 5 mart. REPORT.AZ/ Futbol üzrə İspaniya Kubokunun finalçıları müəyyən olunub. "Report"un məlumatına görə, ilk olaraq "Barselona" klubu finala vəsiqə qazanıb.

"Vilyarreal"la qarşılaşan kataloniyalılar səfərdə 3:1 hesablı qələbə qazanıb. "Nou kamp"da keçirilən ilk oyunda da eyni hesab qeydə alındığından, "Barselona" kubok qazanmaq uğrunda mübarizəni davam etdirəcək.

Digər finalçının adına isə "Espanyol" və "Atletik Bilbao" komandaları arasında keçirilən görüşdə aydınlıq gəlib. "Espanyol"un meydanında üz-üzə gələn komandaların oyununda qonaqlar 2:0 hesablı qələbəyə sevinib. Bilbaoda baş tutan ilk oyunda 1:1 hesablı qeydə alındığından, finala yüksələn tərəf "Atletik Bilbao" olub.

Qeyd edək ki, kubokun final oyunu mayın 30-da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi