​İspaniya Futbol Federasiyası Pikenin cəzasını açıqlayıb

​İspaniya Futbol Federasiyası Pikenin cəzasını açıqlayıb Futbolçu pul cəzasına da məruz qalıb
Futbol
19 Avqust , 2015 17:22
​İspaniya Futbol Federasiyası Pikenin cəzasını açıqlayıb

Bakı. 19 avqust. REPORT.AZ/ İspaniya Futbol Federasiyasının İntizam Komitəsi "Atletik"lə "Barselona" arasında keçirilmiş Super Kubok qarşılaşmasında baş verənlərlə bağlı cəzaları açıqlayıb. "Report"un məlumatına görə, "Barselona"nın futbolçusu Cerard Pike sərt cəzaya məruz qalıb.

Matçın 56-cı dəqiqəsində yan xətt hakimini təhqir edən Pike baş hakim tərəfindən qırmızı vərəqə ilə cəzalandırılıb. Komitənin iclasında isə video və fotolara əsaslanaraq futbolçunun hakimi təhqir etməsi sübuta yetirilib.

Nəticədə Pikeyə 4 oyunluq cəza verilib. Bundan əlavə, təhqirə görə futbolçu 3005 avro, klubu isə 1400 avro ödəməli olacaq.

Qeyd edək ki, 2 görüşdən ibarət olan Super Kubokun qalibi "Atletik" klubu olub. Bilbao təmsilçisi 2 oyunun nəticəsinə görə 5:1 hesablı qələbə qazanıb - 4:0 və 1:1

Son xəbərlər

Orphus sistemi