Bakı. 29 aprel. REPORT.AZ/ İran milli komandasının və "Persepolis" klubunun futbolçusu Məhəmmədrza Xanzadə 9 ay müddətinə diskvalifikasiya edilib. "Report"un məlumatına görə, buna 24 yaşlı müdafiəçinin azarkeşi vurması səbəb olub.
Xanzadə "Persepolis"in Asiya Çempionlar Liqasında "Qətər Lehviya"sına məğlubiyyətindən sonra bu addımı atıb. O, rəqib komandanın fanatını döyüb.