"İnter" - "Qəbələ" matçının yeri və meydan sahibi dəyişdirilib

"İnter" - "Qəbələ" matçının yeri və meydan sahibi dəyişdirilib Avropa Liqasının "pley-off" oyunları səbəb göstərilib
Futbol
9 Avqust , 2016 17:29
İnter - Qəbələ matçının yeri və meydan sahibi dəyişdirilib

Bakı. 9 avqust. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun oyun proqramı müəyyənləşib. "Report"un məlumatına görə, "İnter" - "Qəbələ" matçının meydan sahibi və stadionu dəyişdirilib.

Bu qərar "Qəbələ" klubunun Peşəkar Futbol Liqasına (PFL) ünvanladığı məktub əsasında verilib. "Qırmızı-qaralar" "İnter Arena"da stadionun süni örtüklü olduğunu əsas gətirərək, Avropa Liqasının pley-off mərhələsində Sloveniya “Maribor”u ilə ev oyunu ərəfəsində "İnter"lə təbii örtüklü stadionda üz-üzə gəlmək istədiklərini bildirib. 

"Qəbələ"nin beynəlxalq miqyaslı oyunlarını nəzərə alan PFL "İnter"in razılıq məktubuna əsasən matçın avqustun 12-də "Dalğa Arena"da keçirilməsinə qərar verib. I dövrənin görüşünün meydan sahibi "Qəbələ", hər iki klubun iştirakı ilə ikinci dövrənin matçında meydan sahibi kimi "İnter" təsdiqlənib.

11 avqust (cümə axşamı)

19:00. “Sumqayıt” – “Qarabağ”

Sumqayıt, “Kapital Bank Arena”

12 avqust (cümə)

18:30. “Qəbələ” – “İnter”

Bakı, “Dalğa Arena”

13 avqust (şənbə)

17:00. “Kəpəz” – AZAL

Gəncə şəhər stadionu

14 avqust (bazar)

17:00. “Neftçi” – “Zirə”

Bakı, “Bakcell Arena”

Son xəbərlər

Orphus sistemi