"İnter" klubu yeni baş məşqçisinin adını açıqlayıb

"İnter" klubu yeni baş məşqçisinin adını açıqlayıb Komandaya Frank de Bur rəhbərlik edəcək
Futbol
9 Avqust , 2016 11:43
İnter klubu yeni baş məşqçisinin adını açıqlayıb

Bakı. 9 avqust. REPORT.AZ/ İtaliyanın "İnter" klubu yeni baş məşqçisinin adını açıqlayıb.

"Report" Milan təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bundan sonra komandaya hollandiyalı Frank de Bur rəhbərlik edəcək.

Bu gün 46 yaşlı mütəxəssislə 3 illik müqaviləyə qol çəkiləcək. Mərasimin ardından de Bur komandasını ilk məşqə çıxaracaq.

Qeyd edək ki, "İnter"də italiyalı Roberto Mançinini əvəzləyən Frank de Bur 2010-cu ildən "Ayaks"da çalışıb.

İngilis versiyası Inter FC names its new coach

Son xəbərlər

Orphus sistemi