​Bakı "İnter"i Georgi Lomayanı göndərərək, Orxan Sadıqlı ilə anlaşıb

​Bakı "İnter"i Georgi Lomayanı göndərərək, Orxan Sadıqlı ilə anlaşıb "Xəzər Lənkəran"ın keçmiş komandası ilə birillik müqavilə bağlanılıb
Futbol
7 İyun , 2016 15:29
​Bakı İnteri Georgi Lomayanı göndərərək, Orxan Sadıqlı ilə anlaşıb

Bakı. 7 iyun. REPORT.AZ/ Bakının "İnter" klubu "Xəzər Lənkəran"da çıxış etmiş qapıçı Orxan Sadıqlını heyətinə cəlb edib. 

Bu barədə "Report"a paytaxt təmsilçisinin prezidenti Rəşad Qasımov məlumat verib.

Onun sözlərinə görə, 23 yaşlı qapıçı ilə birillik müqavilə imzalanıb. Əvəzində "bankirlər" gürcüstanlı Georgi Lomaya ilə yollarını ayırıb. Təcrübəli qolkiperlə başa çatan müqavilə uzadılmayıb. 

Daha öncə "İnter" Səlahət Ağayevi də transfer edib. Klub Lomayadan əlavə, Kamran Ağayevlə də yollarını ayırıb.

Qeyd edək ki, "İnter" mövsüm başa çatdıqdan sonra Denis Silva Kruz, İlkin Qırtımov, Slavik Alxasov, Samir Zərgərov, Abbas Hüseynov, Tərlan Quliyev, Ağabala Ramazanov, Elnur Abdullayev, Pərdis Fərcad-Azad, Rauf Əliyev, Şahin Zəkiyev, Sərtan Taşkın, Aqşin Quluzadə, Mirhüseyn Seyidov və Nizami Hacıyevlə də müqavilə imzalayıb. Kamran Ağayevdən başqa, Elşən Poladov, Vüqar Nadirov və Yuri Fomenko ilə yollar ayrılıb.

Son xəbərlər

Orphus sistemi