"İnter"in baş məşqçisi: "Futbolçularımın bəziləri sıradan çıxdı"

"İnter"in baş məşqçisi: "Futbolçularımın bəziləri sıradan çıxdı" "Şişirdiləsi heç nə yox idi"
Futbol
30 Sentyabr , 2016 17:18
İnterin baş məşqçisi: Futbolçularımın bəziləri sıradan çıxdı

Bakı. 30 sentyabr. REPORT.AZ/ Bakı "İnter"inin baş məşqçisi Zaur Svanadze "Zirə" ilə 1:1 hesablı heç-heçə ilə nəticələn Azərbaycan Premyer Liqasının VII tur matçından sonra mətbuat konfransı keçirib.

"Report" xəbər verir ki, gürcüstanlı mütəxəssis qələbəni uzatma dəqiqələrində əldən vermələrini bəzi futbolçularının sıradan çıxmaları ilə əlaqələndirib.

"Birinci hissədə oyuna nəzarəti biz edirdik. Ancaq ikinci hissədə işlərimiz bir qədər yaxşı getmədi. Rəqib təzyiqi gücləndirdi. Futbolçularımızın bəziləri sıradan çıxdı. Bunun da nəticəsində qol buraxdıq. Bir xal qazandıq. Gələcək oyunlara köklənəcəyik. Ümid edirəm ki, zədəlilər tezliklə sıraya qayıdacaqlar" - Z.Svanadze bildirib.

O, bəzi futbolçuların meydanda aqressiv görünmələrinin səbəbini isə belə izah edib: "Onlar belə davranmalı deyildilər. Bu, futboldur. Məncə, şişirdiləsi heç nə yox idi. Yəqin ki, qolun son dəqiqələrdə buraxılması onlara təsir etdi. Ancaq futbol gözlənilməzlikləri ilə gözəldir. Bu oyuna İlkin Qırtımov zədəylə çıxmışdı. Zədələrin olmasına baxmayaraq, geridə oturmaq istəmirdik".

Son xəbərlər

Orphus sistemi