​"İnter" Almaniya "Verder"inin əsas komandasına da uduzub

​"İnter" Almaniya "Verder"inin əsas komandasına da uduzub Qarşılaşma "Verder"in 1:0 hesablı qələbəsiylə yekunlaşıb
Futbol
15 Yanvar , 2016 17:04
​İnter Almaniya Verderinin əsas komandasına da uduzub

Bakı. 15 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışı keçirən Bakının "İnter" komandası bu gün növbəti yoxlama matçına çıxıb. "Report"un məlumatına görə, "Riu Kaya Belek" otelinin stadionunda baş tutan oyunda "bankirlər" Almaniyanın Bundesliqa təmsilçisi "Verder"lə qarşılaşıb.

Görüş Azərbaycan komandasının 0:1 hesablı məğlubiyyətiylə yekunlaşıb.

Qeyd edək ki, "İnter" ilk yoxlama görüşündə "Verder"in U-23 komandasına 0:1 hesabı ilə uduzub.

Son xəbərlər

Orphus sistemi