​İngiltərənin ən varlı gənc idmançılarının siyahısı açıqlanıb

​İngiltərənin ən varlı gənc idmançılarının siyahısı açıqlanıb Siyahıya "Mançester Yunayted"in futbolçusu başçılıq edir
Futbol
23 Aprel , 2016 10:17
​İngiltərənin ən varlı gənc idmançılarının siyahısı açıqlanıb

Bakı. 23 aprel. REPORT.AZ/ Böyük Britaniyanın gənc idmançıları arasında ən varlılarının siyahısı açıqlanıb.

"Report"un "Sunday Times" nəşrinə istinadən verdiyi məlumata görə, siyahıya İngiltərə "Mançester Yunayted"inin kapitanı Ueyn Runi başçılıq edir.

Onun 82 milyon funt sterlinq vəsaiti var. "Qırmızı şeytanlar"la müqaviləsi qarşılığında 300 min funt sterlinq qazanan Runi bir ilə gəlirlərini 10 milyona çatdırıb. Premyer Liqanın ən yüksək ödənişli futbolçusu "Nike" və "Samsung" kimi fərdi sponsorlardan da böyük məbləğdə qazanc əldə edib.

Sonrakı yerləri tennisçi Endi və Ceymi Mürrey qardaşları (birgə gəlirləri 58 milyon funt), habelə Rori Makilroy (56 milyon funt) tutub. "onluğ"a digər futbolçular, o cümlədən, Serxio Aquero, David Silva, Samir Nəsri (hamısı "Mançester Siti"), Sesk Fabreqas, Radamel Falkao və Eden Azar (hamısı "Çelsi") da düşüb.

Qeyd edək ki, "Sunday Times" gənc idmançılara 30 yaşadək olanları aid edib. 

Son xəbərlər

Orphus sistemi