İngiltərənin daha bir klubunun baş məşqçisi korrupsiyada ittiham olunub

İngiltərənin daha bir klubunun baş məşqçisi korrupsiyada ittiham olunub Onunla yollar ayrılıb
Futbol
29 Sentyabr , 2016 16:12
İngiltərənin daha bir klubunun baş məşqçisi korrupsiyada ittiham olunub

Bakı. 29 sentyabr. REPORT.AZ/ İngiltərənin "Barnsli" klubu baş məşqçisi Tommi Raytı tutduğu vəzifədən uzaqlaşdırıb. 

"Report"un "The Telegraph"a istinadən verdiyi məlumata görə, Çempionşip təmsilçisinin rəhbərliyi baş məşqçini korrupsiyada şübhəli bilib.

Baş məşqçi pul qarşılığında Uzaq Şərqdə yerləşən yalançı firma ilə anlaşıb futbolçuların "Barnsli"də yer almasını təmin edib. Nəşr avqustda Lidsdə baş tutmuş görüşdə mütəxəssisin 5 min funt rüşvət aldığını iddia edir.

Klubdan verilən açıqlamada rüşvət qalmaqalı öz həllini tapana qədər baş məşqçinin komandada olmayacağı bildirilib.

Bundan əlavə "The Telegraph" İngiltərə yığmasının baş məşqçisi Sem Ellardays, KPR klubunun baş məşqçisi hollandiyalı Cimmi Floyd Hasselbaynk və "Lids"in italiyalı sahibi Massimo Çellinonun da rüşvətlə bağlı videolarını yayımlayıb. Lakin "Barnsli"dən fərqli olaraq, KPR araşdırma baş çatana qədər baş məşqçilərinə güvəndiklərini bildirib.

Son xəbərlər

Orphus sistemi