​İngiltərəli futbolçu polis tərəfindən öldürülüb

​İngiltərəli futbolçu polis tərəfindən öldürülüb Futbolçu "tazer"dən açılan atəş nəticəsində xəsarət alıb
Futbol
15 Avqust , 2016 15:00
​İngiltərəli futbolçu polis tərəfindən öldürülüb

Bakı. 15 avqust. REPORT.AZ/ İngiltərəli sabiq futbolçu Dalian Atkinson polis tərəfindən öldürülüb. 

"Report"un məlumatına görə, 48 yaşlı sabiq futbolçu "tazer"dən (elektrik tapançası) açılan atəş nəticəsində xəsarət alıb.

Atkinson xəstəxanaya yerləşdirilib, lakin onun həyatını xilas etmək mümkün olmayıb. Hadisənin səhərə yaxın baş verdiyi bildirilsə də, əlavə məlumat verilməyib.

Qeyd edək ki, D.Atkinson "Real Sosyedad", "Aston Villa", "Fənərbağça", "Mançester Siti" kimi klublarda çıxış edib.

Son xəbərlər

Orphus sistemi