Bakı. 26 aprel. REPORT.AZ/ 1989-cu ildə İngiltərənin Şeffild şəhərindəki "Hillsboro" stadionunda 96 nəfərin ölümünə səbəb olan hadisə səhlənkarlıq üzündən törədilmiş cinayət sayılıb. "Report"un məlumatına görə, andlılar məhkəməsi hadisəyə polisin qeyri-mütəşəkkil fəaliyyətinin səbəb olduğu qənaətinə gəlib.
17 il öncə aprelin 5-də "Hillsboro" stadionunda İngiltərə Kuboku uğrunda "Nottingem Forest" və "Liverpul" komandaları arasında keçirilmiş yarımfinal matçı başlayan kimi arenanın qoruyucu hasarı olan sektora tutumundan artıq insan buraxılıb. Nəticədə basabas yaranıb və İngiltərə futbolu tarixində ən çox ölümün baş verdiyi faciə yaşanıb: 96 nəfər ölüb, 766-sı yaralanıb.
Məhkəmənin münsiflər heyəti faciəyə dair 14 məsələ üzrə qərar çıxarıb. Krallığın prokurorluq xidməti isə yeni təfərrüatların açılması ilə əlaqədar işə yenidən baxılması üçün proses başladıb.
Qeyd edək ki, əvvəllər "Hillsboro" stadionunda baş verənlər bədbəxt hadisə adlandırılır və fanatların faciənin səbəbkarları olduğu bildirilirdi.