​İngiltərə Premyer-Liqasında klubların sayı azaldıla bilər

​İngiltərə Premyer-Liqasında klubların sayı azaldıla bilər Ölkədə yeni futbol divizionunun yaradılması planlaşdırılır
Futbol
20 May , 2016 06:51
​İngiltərə Premyer-Liqasında klubların sayı azaldıla bilər

Bakı. 20 may. REPORT.AZ/ İngiltərə Futbol Liqası yarandığı 1992-ci ildən bu yana keçirilən çempionatlarda böyük islahatlar planlaşdırır.

"Report" BBC-yə istinadən xəbər verir ki, islahatlar təşkilat klublarının sayının artırılması və yeni divizionun yaradılmasını nəzərdə tutur.

Hazırda İngiltərədə peşəkar futbol dörd liqadan - Premyer-Liqa, Futbol Liqası Çempionatı, Liqa -1 və Liqa-2-dən ibarətdir.Onlarda çıxış edən komandaların ümumi sayı 92-dir. İslahatlar nəticəsində İngiltərədə peşəkar klubların sayı 100-ə çatdırılacaq. İdeya hər divizionda klubların sayını 20-dək bərabərləşdirmək məqsədi daşıyır.

Hazırda Futbol Liqası himayəsi altında keçirilən turnirlərdə onların sayı hər birində 24-dən ibarətdir. İslahatlar isə onların hər birində çıxış edən klubların sayını daha bir divizionun yaradılması hesabına 20-ə endirməkdən ibarətdir. Klubların sayının azaldılması komandaların mövsüm ərzində keçirdikləri matçların sayını azaltmağa imkan verəcək.

Dəyişikliklərlə bağlı son qərar 2017-ci ilin iyununda Futbol Liqasının ümumi yığıncağında qəbul olunacaq.

Son xəbərlər

Orphus sistemi