İdman Arbitraj Məhkəməsində "Neftçi"nin sabiq futbolçusu ilə bağlı dinləmələr keçirilib

İdman Arbitraj Məhkəməsində "Neftçi"nin sabiq futbolçusu ilə bağlı dinləmələr keçirilib Emil Mpenza məsələsinin dinləmələri 6 saat çəkib
Futbol
23 Oktyabr , 2015 13:40
İdman Arbitraj Məhkəməsində Neftçinin sabiq futbolçusu ilə bağlı dinləmələr keçirilib

Bakı. 23 oktyabr. REPORT.AZ/ Oktyabrın 22-də İsveçrənin Lozanna şəhərində "Neftçi" klubunun sabiq futbolçusu Emil Mpenza işi ilə bağlı İdman Arbitraj Məhkəməsinin (CAS) dinləmələri keçirilib. "Report"un məlumatına görə, dinləmələrdə “Neftçi” tərəfindən prosesə cəlb olunmuş ispaniyalı vəkil Jozef Vandellas, klubun icraçı direktoru Elnur Məmmədov, Emil Mpenzanın transferi müddətində danışıqlarda və FİFA ilə yazışmalarda iştirak etmiş Qədir Həsənov ilə Tural Piriyev şahid qismində təmsil olunublar. 

İsveçrə vaxtı ilə saat 9:30-da başlamış dinləmələr 6 saatdan artıq davam edib. İdman Arbitraj Məhkəməsi prosesin bundan sonrakı gedişatı və qəbul ediləcək hər hansı qərarla bağlı “Neftçi”yə rəsmi məlumat ünvanlayacaq.

Son xəbərlər

Orphus sistemi