İbrahimoviç PSJ klubundan ayrılacağını təsdiqləyib

İbrahimoviç PSJ klubundan ayrılacağını təsdiqləyib "Sabah "Park de Prens"də sonuncu oyunum olacaq"
Futbol
13 May , 2016 12:24
İbrahimoviç PSJ klubundan ayrılacağını təsdiqləyib

Bakı. 13 may. REPORT.AZ/ İsveç milli komandasının futbolçusu Zlatan İbrahimoviç mövsümün sonunda Fransanın PSJ klubunu tərk edəcəyini təsdiqləyib. "Report"un məlumatına görə, bu barədə 35 yaşlı hücumçu "Twitter" hesabında yazıb. 

"Sabah "Park de Prens"də sonuncu oyunum olacaq. Kral kimi gəldim, əfsanə kimi gedirəm" deyə İbrahimoviç bildirib. 

Təcrübəli qolçunun PSJ ilə hazırkı müqaviləsi yayadək nəzərdə tutulub. O, 2012-ci ildən çıxış etdiyi Paris komandasında 178 oyuna 152 qol vurub. 

Son xəbərlər

Orphus sistemi