İbrahimoviç PSJ ilə müqaviləsini uzadır

İbrahimoviç PSJ ilə müqaviləsini uzadır İsveçli hücumçu daha sonra Qətər klublarından birinə keçəcək
Futbol
9 Aprel , 2016 08:43
İbrahimoviç PSJ ilə müqaviləsini uzadır

Bakı. 9 aprel. REPORT.AZ/ Fransa PSJ-sinin futbolçusu Zlatan İbrahimoviç yay transfer dövründə komandanı tərk etməyəcək. "Report"un "La Gazzetta dello Sport"a istinadən verdiyi məlumata görə, 34 yaşlı hücumçu Paris klubu ilə anlaşmasını daha bir il uzadacaq. 

Daha sonra isveçli forvard Qətər klublarından birinə keçəcək. 

Qeyd edək ki, Zlatan İbrahimoviç bu mövsüm Fransa çempionatında 26 oyuna 30 qol vurub. Onun hesabında Çempionlar Liqasında 5 qol və 3 məhsuldar ötürmə də var. 

Son xəbərlər

Orphus sistemi