İbrahimoviç Mançesterdə mənzil alıb

İbrahimoviç Mançesterdə mənzil alıb Futbolçunun gələcək karyerasını "Mançester Yunayted"də davam etdirəcəyi xəbərləri gerçəkləşir
Futbol
10 İyun , 2016 09:52
İbrahimoviç Mançesterdə mənzil alıb

Bakı. 10 iyun. REPORT.AZ/ İsveç milli komandasının futbolçusu Zlatan İbrahimoviç İngiltərənin Mançester şəhərində mənzil alıb. "Report" xəbər verir ki, bu barədə "Proto Group Ltd." daşınmaz agentliyinin açıqlamasında bildirilir.

34 yaşlı hücumçunun Fransa PSJ-si ilə müqaviləsi iyunun 30-da başa çatır. Onun "Mançester Yunayted"ə keçəcəyi bildirilir. Futbolçunun özü gələcək karyerası ilə bağlı açıqlamanı iyunun 7-də verəcəyini deyib. Lakin üstündən üç gün keçməsinə baxmayaraq, heç bir açıqlama gəlməyib.

Qeyd edək ki, Zlatan İbrahimoviç 2015-2016 mövsümündə PSJ-nin heyətində Fransa çempionatında 38 qolla bombardir olub. 

Son xəbərlər

Orphus sistemi