​İbrahimoviç çexiyalı futbolçunu təhdid edib

​İbrahimoviç çexiyalı futbolçunu təhdid edib "İndi müharibə başlayır"
Futbol
31 Mart , 2016 11:42
​İbrahimoviç çexiyalı futbolçunu təhdid edib

Bakı. 31 mart. REPORT.AZ/ İsveç yığmasının futbolçusu Zlatan İbrahimoviç Çexiya ilə yoldaşlıq görüşü zamanı rəqibin heyətində forma geyinən Tomaş Sivoku təhdid edib. "Report"un məlumatına görə, çexiyalı müdafiəçi oyundan sonra verdiyi açıqlamada bu barədə danışıb.

Hazırda Türkiyənin "Bursaspor" klubunda çıxış edən Sivok hadisə ilə bağlı bunları deyib: "Oyun zamanı İbrahimoviç komanda yoldaşım Ladislav Kreyçiyi dirsəklə vurdu. Bu zaman mən ona xəbərdarlıq etdim. O isə "indi müharibə başlayır" deyərək, məni təhdid etdi. İbra dünya səviyyəsində mükəmməl oyunçudur. Oyun gərginliyi səbəbindən belə dediyini düşünərək hadisəni böyütmədim".

İsveçli futbolçu isə rəqibin çox kobud oynadığını, ancaq baş hakimin olanlara göz yumduğunu söyləyib.

Qeyd edək ki, oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi