"Höteburq"un idman direktoru: "Qarabağ"a bəxt sayəsində qalib gəlmişik" - MÜSAHİBƏ

"Höteburq"un idman direktoru: "Qarabağ"a bəxt sayəsində qalib gəlmişik" - MÜSAHİBƏ "Şansları bərabər dəyərləndirirəm"
Futbol
25 Avqust , 2016 03:46
Höteburqun idman direktoru: Qarabağa bəxt sayəsində qalib gəlmişik - MÜSAHİBƏ

Bakı. 25 avqust. REPORT.AZ/ "İlk oyunda bəxt sayəsində qələbə qazandıq. Topa 70 faiz "Qarabağ" sahib oldu. Ancaq biz cərimə zərbəsindən vurduğumuz gözəl qolla qalib gəldik. Sabah bizi çox çətin oyun gözləyir. Çalışacağıq ki, burada müsbət nəticə göstərək".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Qarabağ"n Avropa Liqasının "play-off" mərhələsindəki rəqibi - İsveçin "Höteburq" klubunun idman direktoru Mats Qren bildirib.

O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

Bakıya səfəriniz necə keçdi? Yubanmağınız nə ilə bağlı idi?

- Yubanmağımız Bakı ilə bağlı deyildi. Höteburqda hava limanında ortaya çıxan problemlə əlaqədar idi. Yoluna qoyuldu və gəlişimizdə problem yaranmadı.

Oynayacağınız stadion, meydança sizdə necə təəssurat oyatdı?

- İlk dəfədir Azərbaycandayıq. Buna baxmayaraq ilk təəssüratlarımız çox yaxşıdır. Nə qədər azarkeş olacağını bilmirəm. Ancaq böyük stadion olduğunu görürük.

İlk oyunda bəxt sayəsində qələbə qazandığınızı düşünürsünüzmü?

- Bəli. Topa 70 faiz "Qarabağ" sahib oldu. Ancaq biz cərimə zərbəsindən vurduğumuz gözəl qolla qalib gəldik. Sabah bizi çox çətin oyun gözləyir. Çalışacağıq ki, burada müsbət nəticə göstərək.

Buna nail olmaq şanslarınızı necə dəyərləndirərdiniz?

- Ev-səfər oyununu götürəndə, 1:0 yaxşı nəticədir. Ancaq hesabda üstün olmağımıza baxmayaraq, şansları bərabər dəyərləndirirəm.

Qrup mərhələsinə düşməyi qarşınıza məqsəd kimi qoymusunuz?

- Təbii ki, yarışa qatılanda bir məqsəd olmalıdır. Son 2 ildə III təsnifat mərhələsində məğlub olmuşduq. Bu dəfə həmin mərhələdə Polşa klubunu yendik və "play-off"a düşdük. Niyə də qrupa düşmək olmasın?

İsveçlə Azərbaycan milli komandası arasında böyük səviyyə fərqi var. Hər halda, ölkənizin Zlatan İbrahimoviç kimi ulduz futbolçusu var. Bəs klub səviyyəsində "Qarabağ" sizə layiqli rəqibdirmi? Komandamızın gücü sizi təəccübləndirmədi ki?

- Milli komandayla klub arasında müqayisə doğru deyil. Burada legioner limiti və başqa amillər var. Mən sizin şərtlərinizi bilmirəm ki, hansı limit ilə oynayırsınız. Çempionatınızda nə qədər yerli, Azərbaycan pasportu olan futbolçunun oynamasından xəbərdar deyiləm.

Klubunuzda ən bahalı futbolçu nə qədər qazanır?

- Məvacibi söyləmək düzgün deyil. Ona görə də deyə bilmərəm. 14-15 milyon avro büdcəmiz var.

Son xəbərlər

Orphus sistemi