Hollandiyalı sabiq futbolçu Yohan Kroyffda xərçəng xəstəliyi aşkarlanıb

Hollandiyalı sabiq futbolçu Yohan Kroyffda xərçəng xəstəliyi aşkarlanıb "Qızıl top"un üçqat sahibinə təhlükəli diaqnoz qoyulub
Futbol
22 Oktyabr , 2015 14:28
Hollandiyalı sabiq futbolçu Yohan Kroyffda xərçəng xəstəliyi aşkarlanıb

Bakı. 22 oktyabr. REPORT.AZ/ İspaniyanın "Barselona" və Hollandiyanın "Ayaks" klublarının sabiq futbolçusu futbolçu Yohan Kroyffa təhlükəli diaqnoz qoyulub. "Report"un "Rac1" radiostansiyasına istinadən verdiyi məlumata görə, 68 yaşlı mütəxəssisin ağ ciyərində xərçəng aşkarlanıb. 

Bu, Y.Kroyff Barselona klinikalarından birində müayinədən keçdiyi vaxt müəyyənləşib. Hollandiyalı keçmiş hücumçu hazırda gələcək müalicə üçün həkimlərin rəyini gözləyir. O, 1991-ci ildə açıq ürək əməliyyatı keçirib. 

Qeyd edək ki, Yohan Kroyff "Qızıl top"un üçqat sahibi, 1974-cü il dünya çempionatının ən yaxşı futbolçusudur. O, 1985-1988-ci illərdə "Ayaks"ın, 1988-1996-cı illərdə "Barselona"nın baş məşqçisi olub. 

Son xəbərlər

Orphus sistemi