Bakı. 24 mart. REPORT.AZ/ Hollandiyalı məşhur futbolçu Yohan Kroyf vəfat edib. "Report"un məlumatına görə, 69 yaşlı əfsanəvi futbolçu uzun müddətdir ağciyər xərçəngindən əziyyət çəkib.
Hollandiyanın "Ayaks" klubunda müxtəlif vəzifələrdə çalışan Kroyf xəstəliyindən bir müddət öncə həmin komandadan ayrılıb.
Futbolçu kimi "Ayaks", "Barselona", "Levante", "Feyenoord" komandalarında çıxış edən Kroyf "Ayaks" və "Barselona"da baş məşqçi vəzifəsində çalışıb.