Hollandiya yığmasının baş məşqçisi: "Bəzi problemlər Vaqif Cavadova "Tvente"də maneə yaradırdı" - MÜSAHİBƏ

Hollandiya yığmasının baş məşqçisi: "Bəzi problemlər Vaqif Cavadova "Tvente"də maneə yaradırdı" - MÜSAHİBƏ Kes van Vonderen: "Bakıdakı Avropa çempionatında maraqlı oyunlarımız olacaq"
Futbol
3 May , 2016 13:30
Hollandiya yığmasının baş məşqçisi: Bəzi problemlər Vaqif Cavadova Tventedə maneə yaradırdı - MÜSAHİBƏ

Bakı. 3 may. REPORT.AZ/ Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatının iştirakçılarından olan Hollandiya milli komandasının baş məşqçisi Kes van Vonderenin "Report"a müsahibəsi:

- Hollandiya millisi Avropa çempionatında “ölüm qrupu”na düşüb. Növbəti mərhələyə yüksəlmə şanslarınızı necə dəyərləndirirsiniz?

- Hesab edirəm ki, bütün qrupların tərkibi güclüdür. Bizim üçün maraqlı oyunlar olacaq. Azarkeşlər də gərgin, həyəcanlı qarşılaşmalara şahidlik edəcəklər.

- Komandanızın məqsədi nədir?

- Məqsədimiz qrupdakı ilk 2 yerdən birini tutmaqdır. Fərq etməz, 1-ci, yaxud 2-ci yer.

- Bu turnirdə qarşınıza hansı tapşırıq qoyulub?

- Əvvəlcə çempionatın iştirakçısı olmağı arzulayırdıq. Məqsədimizə çatdıq və buna görə çox şadıq. Oyunçularım bu yarışda təcrübə qazanacaq. Hədəfimiz maksimum dərəcədə irəliləməkdir. 1/4 finala və ya yarımfinala yüksəlib-yüksəlməyəcəyimizi zaman göstərəcək.

- Vaqif Cavadovu xatırlayırsınız? Vaxtilə “Tvente”də köməkçi-məşqçi kimi işlədiyiniz vaxt onunla çalışmısınız...

- Hə, yadıma düşdü. Xatırlayıram. Çox yaxşı oyunçu idi. “Tvente”də çıxış edirdi. Hazırda o Azərbaycandadır?

- Bəli.

- Biz onunla görüşə bilərik?

- Təbii ki.

- Onunla görüşmək çox yaxşı olardı. Hansı klubda oynayır?

- “Sumqayıt”da

- Lap yaxşı.

- Cavadov “Tvente”yə böyük ümidlərlə yollansa da, orada möhkəmlənə bilmədi. Problem nədə idi?

- Onun üçün komandaya uyğunlaşmaq çətin idi. Ölkələr arasındakı fərq, dil və s. problemlər ona maneə yaradırdı. Amma məşqlərdə özünü daim yaxşı tərəfdən göstərirdi. Çalışqan futbolçu idi.

Son xəbərlər

Orphus sistemi