Azərbaycan güləşçisi Hərbçilərin VI Dünya İdman Oyunlarında gümüş medal qazanıb - ƏLAVƏ OLUNUB

Azərbaycan güləşçisi Hərbçilərin VI Dünya İdman Oyunlarında gümüş medal qazanıb - ƏLAVƏ OLUNUB Sərbəst güləşçi Coşqun Əzimov finalda uduzub
Futbol
7 Oktyabr , 2015 14:41
Azərbaycan güləşçisi Hərbçilərin VI Dünya İdman Oyunlarında gümüş medal qazanıb - ƏLAVƏ OLUNUB

Bakı. 7 oktyabr. REPORT.AZ/ Cənubi Koreyanın Munqyeonq şəhərində davam edən Hərbçilərin VI Dünya İdman Oyunlarında Azərbaycan komandası 7-ci medalı qazanıb. "Report"un məlumatına görə, sərbəst güləş yarışlarının ikinci günündə 70 kq-da mübarizə aparan Coşqun Əzimov fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Gənc güləşçi finaladək ardıcıl olaraq livanlı Kamal Əl-Katibi 13:1, ukraynalı Yevgeni Xavilovu 10:2, və monqolustanlı Qanzoriç Mandaxnaranı 6:3 hesabı ilə yenib. Əzimov qızıl medal uğrunda görüşdə rusiyalı Soslan Romanova 0:3 hesabı ilə məğlub olaraq, gümüş medala sahib olub.

Qeyd edək ki, sərbəst güləş yarışlarının ilk günündə Ağahüseyn Mustafayev (65 kq) bürünc medal qazanıb. Digər medallara isə cüdoçular sahib olub. Vüqar Şirinli (60 kq) gümüş, Nicat Şıxəlizadə (66 kq), Hüseyn Rəhimli (73 kq) və Elmar Qasımov (100 kq), eləcə də tərkibi onlardan və Tural Safquliyevdən (90 kq) ibarət komanda bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi