Bakı. 20 may.
H.Souza bildirib ki, həlledici görüş də Bakı Olimpiya Stadionunda keçirilsəydi daha yaxşı olardı. Ancaq o, "Bakcell Arena"da oynamaqda da heç bir problem görmədiyini bildirib: "İnanıram ki, azarkeşlər bu oyundan zövq alacaqlar".
Baş məşqçi hazırda Avropa futbolunda İspaniyanın hegemonluq etdiyini söyləsə də, Portuqaliyanın da güclü olduğunu vurğulayıb: "Hazırda İspaniya futbolu Avropada hegemonluq edir. Ancaq qeyd etmək istərdim ki, 8 dəfə İspaniya, 5 dəfə Portuqaliya Avropa çempionu olub. Biz də rəqibdən geri qalmırıq, oyunçularımız yetişir. İspaniya futbolunun hegemonluğu bizi qorxutmur və komandama güvənirəm. Hər il son "18-liy"i müəyyənləşdirməkdə çətinlik çəkirik. İlk olaraq, çoxlu futbolçu olur, amma sonluqda çətinliklər yaranır".
47 yaşlı mütəxəssis bütün oyunlarda öz oyun fəlsəfələrinə sadiq qaldıqlarını və finalda da belə olacağını söyləyib: "Rəqibin bizə qarşı necə oynamasından çox şey asılıdır. İspaniya yığması hücum futbolu üçün imkan yaratsa, belə də olacaq. Yaratmasa, onda başqa cür oynamaq lazımdır".
Qeyd edək ki, İspaniya - Portuqaliya matçı mayın 21-də "Bakcell Arena"da keçiriləcək. Oyun saat 20:00-da başlanacaq.