Haluk Ulusoy yenidən Türkiyə Futbol Federasiyasının prezidenti vəzifəsinə namizədliyini irəli sürüb

Haluk Ulusoy yenidən Türkiyə Futbol Federasiyasının prezidenti vəzifəsinə namizədliyini irəli sürüb O, üçüncü dəfə namizəd olub
Futbol
3 İyun , 2015 13:20
Haluk Ulusoy yenidən Türkiyə Futbol Federasiyasının prezidenti vəzifəsinə namizədliyini irəli sürüb

Bakı. 3 iyun. REPORT.AZ/ Türkiyə Futbol Federasiyasının sabiq prezidenti Haluk Ulusoy yenidən bu posta namizədliyini irəli sürüb. "Report"un məlumatına görə, bu barədə H.Ulusoyun özü açıqlama verib. 

Sabiq prezident Türkiyə futbolunun yaxşı idarə olunmadığını bildirərək, "Futbolumuzu yenidən layiq olduğu səviyyəyə yüksəltmək, liderliyə çıxarmaq və ölkə futboluna xidmət etmək üçün bu vəzifəni tutmağa hazıram və namizədəm" deyib. H.Ulusoy futboldan nə isə almaq yox, nələrsə qatmaq istəyənlərdən olduğunu vurğulayıb. O, yaxın zamanlarda namizədliyi ilə əlaqədar mətbuat konfransı keçirəcəyini də bildirib. 

Qeyd edək ki, Haluk Ulusoy 1997 - 2004 və 2006 - 2008-ci illərdə də TFF prezidenti olub. Onun rəhbərliyi dövründə Türkiyə millisi 2002-ci il dünya çempionatında bürünc medal qazanıb. Hazırda bu quruma Yıldırım Dəmirörən rəhbərlik edir. 

Son xəbərlər

Orphus sistemi