​Gürcüstanın "Dinamo" klubu Azərbaycan bayrağının təhqir olunması ilə bağlı bəyanat yayıb

​Gürcüstanın "Dinamo" klubu Azərbaycan bayrağının təhqir olunması ilə bağlı bəyanat yayıb "Belə halların iki ölkə arasındakı münasibətlərə xələl gətirməyəcəyinə ümid edirik"
Futbol
4 İyul , 2015 05:48
​Gürcüstanın Dinamo klubu Azərbaycan bayrağının təhqir olunması ilə bağlı bəyanat yayıb

Bakı. 4 İyul. REPORT.AZ/ Gürcüstanın "Dinamo" (Tbilisi) futbol klubu Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Azərbaycanın "Qəbələ" klubu ilə keçirilən oyundan sonra baş verən insidentlə bağlı bəyanat yayıb.

"Report" "Apsny.ge"yə istinadən xəbər verir ki, klub iyulun 2-də baş verən hadisəni pisləyir və belə halların iki ölkə arasındakı mövcud münasibətlərə xələl gətirməyəcəyinə ümid edir.

"İlk növbədə qeyd etmək istəyirik ki, klub fiziki zorakılıq və ardınca Gürcüstana dost olan ölkənin rəmzlərinin təhqir edildiyi insidenti pisləyir. Bizdə olan məlumatlara görə dəqiq deyə bilərik ki, klubla əlaqəli olan "Qladiator" fan-klubunun üzvlərinin hazırki insidentə aidiyyəti yoxdur.

Hadisələr "Dinamo Arena"dan kənarda baş verib və müvaifq olaraq "Dinamo" klubu təşkilatçı olaraq bu fakta görə məsuliyyəti öz üzərinə götürə bilməz. Stadionda asılmış bannerlərdən birinə gəldikdə isə (Tribunada Zaqatala və Qaxın "bayrağı" asılıb) bununla bağlı stadionun təhlükəsizlik xidməti operativ tədbirlər görərək banneri tribunalardan yığışdırıb.

Ümid edirik ki, belə hallar iki ölkə arasında mövcud olan münasibətlərə və onların idman keçmişinə, bu gününə və gələcəyinə xələl gətirməyəcək", - deyə klubun bəyanatında bildirilir.

Qeyd edək ki, iyulun 2-də "Dinamo" - "Qəbələ" matçından sonra gürcü olduğu bildirilən fanatlar Azərbaycan komandasının azarkeşlərini söyərək döyməyə başlayıblar. Ardından isə onlar fanatlardan birinin əlindən Azərbaycan bayrağını alaraq ayaq altına atıblar və tapdalamağa başlayıblar.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, kənarda duran polis əməkdaşları baş verənlərə heç bir reaksiya verməyib.

Son xəbərlər

Orphus sistemi