Gürcüstanda futbol matçı zamanı azarkeşlər və klub rəsmiləri hakimləri döyüblər

Gürcüstanda futbol matçı zamanı azarkeşlər və klub rəsmiləri hakimləri döyüblər Levan Kobiaşvili insident iştirakçılarının sərt cəzalandırılmasını istəyib
Futbol
24 Oktyabr , 2015 11:24
Gürcüstanda futbol matçı zamanı azarkeşlər və klub rəsmiləri hakimləri döyüblər

Bakı. 24 oktyabr. REPORT.AZ/ Gürcüstan çempionatının II liqasında "Baxmaro" və "Sulori" komandaları arasında keçirilmiş futbol matçı zamanı kütləvi insident baş verib. "Report"un məlumatına görə, oyun başa çatdıqdan sonra "Sulori" azarkeşləri meydançaya girərək, hakimləri söyüşlə və fiziki üsulla təhqir ediblər.

Klub nümayəndələri isə hakimlər və paltardəyişmə otaqlarına soxulublar.

Baş vermiş hadisə ilə əlaqədar Gürcüstan Futbol Federasiyasının (GFF) yeni prezidenti Levan Kobiaşvili İmereti Regional Futbol Federasiyasında olub. Regional federasiya rəsmiləri ilə görüşdə L.Kobiaşvili insidenti müzakirə edərək tərəflərin arqumentlərini dinləyib. O, insident iştirakçılarının sərt cəzalandırılmasının vacibliyini bildirib.

Qeyd edək ki, Levan Kobiaşvili oktyabrın 5-də GFF prezidenti seçilib. O, yeni vəzifədə Zviad Siçinavanı əvəzləyib. 

Son xəbərlər

Orphus sistemi