Gürcüstan yığmasına yeni baş məşqçi təyin olunub

Gürcüstan yığmasına yeni baş məşqçi təyin olunub Qonşu ölkə millisi slovakiyalı mütəxəssisə tapşırılıb
Futbol
14 Mart , 2016 16:27
Gürcüstan yığmasına yeni baş məşqçi təyin olunub

Bakı. 14 mart. REPORT.AZ/ Futbol üzrə Gürcüstan milli komandasına yeni baş məşqçi təyin olunub. "Report"un məlumatına görə, bu, slovakiyalı Vladimir Vayssdır.

51 yaşlı mütəxəssislə DÇ-2018-in seçmə tsiklinin sonunadək müqavilə bağlanıb. O, Bakı "İnter"ində də çalışmış Kaxaber Tsxadadzeni əvəzləyib. Gürcüstan Futbol Federasiyasının prezidenti Levan Kobiaşvili təqdimat mərasimində bildirib ki, V.Vayss həm klub, həm də yığma təcrübəsinə malikdir. L.Kobiaşvili ilk dəfə belə baş məşqçinin yığmaya rəhbərlik edəcəyini vurğulayıb.

Qeyd edək ki, Vladimir Vayss baş məşqçi karyerası ərzində "Petrjalka" (Slovakiya), "Saturn" (Rusiya), "Slovan" (Bratislava, Slovakiya) və "Kayrat" (Qazaxıstan) klublarında çalışıb. Onun ən böyük uğuru "Petrjelka" ilə Çempionlar Liqasına (2005/2006) və Slovakiya yığması ilə dünya çempionatına (2008) vəsiqə qazanması olub. Son zamanlar Azərbaycan Premyer Liqasından Gürcüstan yığmasına "İnter"in futbolçuları Nika Kvekveskiri, Giorgi Lomaya və Zurab Xizanişvili çağırılıb. 

Son xəbərlər

Orphus sistemi