​Gürcüstan patriarxı "İnter"in baş məşqçisi ilə görüşüb

​Gürcüstan patriarxı "İnter"in baş məşqçisi ilə görüşüb Görüş Tbilisi şəhərində yerləşən iqamətgahda baş tutub
Futbol
21 Yanvar , 2015 19:46
​Gürcüstan patriarxı İnterin baş məşqçisi ilə görüşüb

Bakı. 21 yanvar. REPORT.AZ/ Gürcüstan patriarxı II İlia "İnter" komandasının baş məşqçisi Kaxaber Tsxadadze ilə görüşüb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, görüş Tbilisi şəhərində yerləşən iqamətgahda baş tutub.

Patriarx Kaxaber Tsxadadzeni Gürcüstan milli komandasının baş məşqçisi təyin olunması münasibətilə təbrik edib, ona xeyir-duasını verib.

Qeyd edək ki, "İnter”in baş məşqçisi Kaxaber Tsxadadze qarşılıqlı razılıq əsasında cari ilin iyun ayınadək Bakı klubunu çalışdırmaqla yanaşı, Gürcüstan milli komandasını da meydana çıxaracaq.

Son xəbərlər

Orphus sistemi