​Gəncə şəhər stadionunda daha 2 min oturacaq quraşdırılacaq

​Gəncə şəhər stadionunda daha 2 min oturacaq quraşdırılacaq Bu barədə Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov məlumat verib
Futbol
24 Fevral , 2016 15:01
​Gəncə şəhər stadionunda daha 2 min oturacaq quraşdırılacaq

Bakı. 24 fevral. REPORT.AZ/ Gəncə şəhər stadionuna cari mövsümün sonuna qədər daha 2 min oturacaq quraşdırılacaq. Bu barədə "Report"a Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov məlumat verib.

Onun sözlərinə görə, indiyədək 4 min oturacaq quraşdırılıb. M.Cəfərov stadionun əsaslı təmirə ehtiyacının olduğunu bildirib: "Hələlik futbol meydanının kənarına - qaçış üçün ayrılan əraziyə asfalt çəkilib. Yararsız hala düşməməsi üçün ot örtüyünə mütəmadi olaraq gübrə verilir. Təbii ki, stadionun əsaslı təmirə ehtiyacı var. Amma bu barədə məlumat olmadığı üçün təmirin nə vaxt həyata keçiriləcəyini deyə bilmərəm".

Qeyd edək ki, Gəncə şəhər stadionu yerli İdman və Gənclər Baş İdarəsinin balansındadır. Mövsümün əvvəlində stadionda yüngül təmir işləri aparılıb. 

Son xəbərlər

Orphus sistemi