​Qurban Qurbanov: "Futbolçularımız bu görüşün məsuliyyətini dərk edir"

​Qurban Qurbanov: "Futbolçularımız bu görüşün məsuliyyətini dərk edir" "Heyətə kiçik dəyişiklik də ola bilər"
Futbol
4 Noyabr , 2015 17:42
​Qurban Qurbanov: Futbolçularımız bu görüşün məsuliyyətini dərk edir

Bakı. 4 noyabr. REPORT.AZ/ "Bəzən belə oyunlardan əvvəl həm şad oluruq, həm də həyəcanlanırıq. Qrupda məğlub olmayan komandaya qarşı oynayacağıq. Rəqibi tanıyırıq. Futbolçularımız indi daha məsuliyyətli olacaq. Sabah meydanda ən yaxşısını etməyə çalışacağıq”. "Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində “Monako” ilə sabah keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib. 

Təcrübəli çalışdırıcı Fransa klubu ilə görüşdə futbolçularının məsuliyyət dərk etdiyini bildirib: "Düşünmürəm ki, sistemdə dəyişiklik olsun. Ola bilər ki, oyunun gedişatından hansısa dəyişiklik olsun. Reynaldonun yerində kimi oynadacağımıza sabah qərar verəcəyik. Psixoloji çətinlik hər zaman olur. “Monako” qalib gəlsə, minumum qrupda ikinci yeri tutacaq. Futbolçularımız özləri də bu görüşün məsuliyyətini dərk edir. Belə oyunlarda psixoloji gərginlik varsa, deməli, futbolçular nəsə düşünür. Buna şad olmalıyıq. Sabahkı oyunda elə də böyük dəyişiklik görünmür. Çalışacam ki, daha yaxşı formada olanlara şans verim. Kiçik dəyişiklik də ola bilər". 

Q.Qurbanov qarşılaşma günü azarkeşlərin onalarla birlikdə olacağını deyib: "Vüqar Mustafayevin "Monako" ilə görüşdə meydana çıxmasına gəlincə, buna sabah qərar verəcəyik. Ümid edirəm ki, azarkeşlərin sayı sabaha qədər artacaq. Qarşılaşma günü də onlar bizlərlə olacaq. Ola bilər hansısa çatışmazlıqlar var, biz bilmirik. Ancaq düşünmürəm ki, onların oyuna marağı azdır. Sabah daha sürətli oyun gözləyirik. Baxmayaraq ki, bizim üçün çətin qarşılaşmadır və buna görə də futbolçularımız daha diqqətli olacaq. Jurnalistin fikiriləri ilə razıyam. İstənilən komandaya qarşı oynaya bilərik. Sabah uğurlu nəticə əldə etmək istəyirik. Hər bir rəqibin gücünü tanıyırıq. Əlimizdən gələn ən yaxşısını edəcəyik".

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Monako" oyunu saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi