Futbolçu Neymar Amerika Kubokunda 4 oyunluq diskvalifikasiya edilib

Futbolçu Neymar Amerika Kubokunda 4 oyunluq diskvalifikasiya edilib O, həmçinin 10 min avro cərimə ödəyəcək
Futbol
20 İyun , 2015 05:58
Futbolçu Neymar Amerika Kubokunda 4 oyunluq diskvalifikasiya edilib

Bakı. 20 İyun. REPORT.AZ/ Futbol üzrə Braziliya milli komandasının futbolçusu Neymar Çilidə keçirilən Amerika Kubokunda 4 oyunluq diskvalifikasiya edilib.

"Report" xəbər verir ki, 23 yaşlı forvard qrup mərhələsi çərçivəsində Kolumbiya ilə oyunun sonlarında rəqib futbolçu Karlos Bakka ilə dalaşdığı üçün meydandan qovulub.

Hakimin final fitindən sonra Neymar topu müdafiəçi Pablo Armeroya vurub, Bakka isə komanda yoldaşının müdafiəsinə qalxaraq Neymarı itələyib.

Neymar, həmçinin 10 min avro həcmində cərimə ödəməli olacaq. Kolumbiyalıların hücumçusu Karlos Bakka isə iki ay müddətinə yaşıl meydanlardan kənarlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi