​Futbol üzrə ölkə çempionatında 28-ci turun oyunları keçirilib

​Futbol üzrə ölkə çempionatında 28-ci turun oyunları keçirilib Lider “Qarabağ” “Bakı” ilə oyunda xal itirib
Futbol
5 Aprel , 2015 22:00
​Futbol üzrə ölkə çempionatında 28-ci turun oyunları keçirilib

Bakı. 5 aprel. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 28-ci turun oyunları keçirilib.

“Report” xəbər verir ki, lider “Qarabağ” çempionatın autsayderi “Bakı” ilə oyunda iki xal itirib. Komandaların qarşılaşması 1:1 hesabı ilə baş çatıb.

Paytaxtda keçirilən digər matçda “İnter” Cənub təmsilçisi “Xəzər Lənkəran”ı əliboş yola salıb – 2:0.

Ukraynalı mütəxəssis Qriqorçukun rəhbərlik etdiyi “Qəbələ” kollektivi qələbələr seriyasını davam etdirib. Klubun növbəti zəfəri AZAL üzərində olub. Oyun qəbələlilərin 4:0 hesablı darmadağını ilə başa çatıb.

Premyer Liqanın 3-cü pilləsində qərarlaşan flaqman “Neftçi” Zaqatalada “Simurq”dan 1:0 hesabı ilə üstün olub.

Son xəbərlər

Orphus sistemi