Bakı. 25 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan yığmasının sabiq braziliyalı baş məşqçisi Carlos Alberto Torres vəfat edib.
"Report" xəbər verir ki, bu barədə FİFA-nın məlumatında bildirilir.
O, 73 yaşında ürək tutmasından dünyasını dəyişib.
Braziliyanın əfsanəvi futbolçusu 1970-ci ildə dünya çempionu olarkən Braziliyanın kapitanı olub. O, 2004-2005-ci illərdə futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi olub.
Məşhur futbolçu 53 dəfə Braziliya milli komandasının formasını geyib.