​Futbol üzrə Azərbaycan Premyer Liqasının 3 oyunu canlı yayımlanacaq

​Futbol üzrə Azərbaycan Premyer Liqasının 3 oyunu canlı yayımlanacaq Hər oyun günündə bir qarşılaşma yayımlanacaq
Futbol
20 Avqust , 2015 17:09
​Futbol üzrə Azərbaycan Premyer Liqasının 3 oyunu canlı yayımlanacaq

Bakı. 20 avqust. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının III turunun 3 oyunu canlı yayımlanacaq. "Report"un məlumatına görə, ölkə çempionatının rəsmi yayım hüququna sahib olan CBC telekanalı hər oyun günündə bir qarşılaşmanı tamaşaçılara təqdim edəcək.

Futbol azarkeşləri avqustun 22-də "Xəzər Lənkəran" - "Rəvan", bir gün sonra isə AZAL - "Qarabağ" matçını izləyə biləcəklər. Ayın 24-də isə "Zirə" - "İnter" oyunu canlı yayımlanacaq.

Bütün qarşılaşmalar saat 21.00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi