​Futbol üzrə Azərbaycan Premyer Liqası: - "Qəbələ" "İnter"dən qolsuz bərabərliklə ayrılıb

​Futbol üzrə Azərbaycan Premyer Liqası: - "Qəbələ" "İnter"dən qolsuz bərabərliklə ayrılıb Bu nəticədən sonra hər 2 komanda xallarını 4-ə çatdırıb və şərikli liderlərə çevrilib
Futbol
12 Avqust , 2016 22:15
​Futbol üzrə Azərbaycan Premyer Liqası: - Qəbələ İnterdən qolsuz bərabərliklə ayrılıb

Bakı. 12 avqust. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib. 

"Report"un məlumatına görə, "Dalğa Arena"da "Qəbələ" "İnter"i qəbul edib.

Görüş qolsuz tamamlanıb. 54-cü dəqiqədə meydan sahiblərinin futbolçusu Nika Kvekveskiri "İnter"in qapısına təyin olunmuş penaltidən yararlana bilməyib. "İnter"in qapıçısı Səlahət Ağayev sabiq komanda yoldaşının zərbəsini dəf edib.

Bu nəticədən sonra hər 2 komanda xallarını 4-ə çatdırıb və şərikli liderlərə çevrilib. Lakin "Neftçi" bazar günü "Zirə" ilə ev oyununda qalib gələrsə, vahid lider olacaq.

12 avqust (cümə)

20:00. "Qəbələ” – "İnter” - 0:0

54-cü dəqiqədə Nika Kvekveskiri ("Qəbələ") penaltini qaçırıb (qapıçı).

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Knyaz Əmiraslanov, Namiq Hüseynov

Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Vüsal Əliyev

Bakı. "Dalğa Arena” stadionu

Qeyd edək ki, turun açılış oyununda "Qarabağ" səfərdə "Sumqayıt"ı məğlub edib.

Son xəbərlər

Orphus sistemi