Avro-2016: ​Azərbaycan millisi səfərdə Malta ilə heç-heçə edib - 2:2 - YENİLƏNİB - VİDEO

Avro-2016: ​Azərbaycan millisi səfərdə Malta ilə heç-heçə edib - 2:2 - YENİLƏNİB - VİDEO Yığma xallarının sayını 6-ya çatdırıb
Futbol
6 Sentyabr , 2015 22:56
Avro-2016: ​Azərbaycan millisi səfərdə Malta ilə heç-heçə edib - 2:2 - YENİLƏNİB - VİDEO

Bakı. 6 sentyabr. REPORT.AZ/ Futbol üzrə 2016-cı il Avropa çempionatının təsnifat mərhələsi çərçivəsində “H" qrupunda mübarizə aparan Azərbaycan milli komandası səfərdə Malta yığması ilə qarşılaşır.

"Report" xəbər verir ki, Ta-Qali stadionunda keçirilən oyunda hesab hazırda Azərbaycan yığmasının xeyrinədir - 1:0.

Rəqibi əks hücumda yaxalayan milli komanda 36-cı dəqiqədə Rahid Əmirquliyevin vurduğu qol ilə irəli çıxıb.

Hazırda oyunda 1-ci hissədən sonra fasilə yaranıb.

*** 22:16

Malta millisi oyunun 55-ci dəqiqəsində komandanın kapitanı Michael Mifsudun vurduğu dəqiq zərbə ilə hesabı bərabərləşdirib - 1:1.  

*** 22:32

Malta yığma komadası oyunun 71-ci dəqiqəsində Alfred Effiongun vurduğu qol ilə hesabda irəli çıxıb.

***22:41

Azərbaycan millisi Rahid Əmirquliyevin 79-cu dəqiqədə vurduğu qol ilə hesabda tarazlığı bərpa edib. Oyun bu hesab la da başa çatıb və Azərbaycan xallarının sayını 6-ya çatdırıb.

Son xəbərlər

Orphus sistemi