Futbol üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb

Futbol üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb Baş məşqçi Mahmud Qurbanov Norveç yığması ilə oyuna yeni futbolçu çağırıb
Futbol
3 Noyabr , 2014 13:16
Futbol üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb

Baki. 3 noyabr. REPORT.AZ/ 2016-cı il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Norveç yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb. "Report"un məlumatına görə, yığmanın müvəqqəti baş məşqçisi Mahmud Qurbanov noyabrın 4-dən Bakıda təşkil olunacaq təlim-məşq toplanışı üçün 25 futbolçuya dəvət göndərib. 

Həmçinin ehtiyat üçün daha 5 oyunçunun adı açıqlanıb. Dəvətlilər arasında yığmanın sabiq baş məşqçisi Berti Foqtsun ötən ay İtaliya və Xorvatiya milliləri ilə oyunlara çağırmadığı Vaqif Cavadovla Mahir Şükürov da var. Eyni zamanda, Topaz Premyer Liqasının bombardiri Rəşad Eyyubov ilk dəfə əsas komandada forma geymək şansı qazanıb.   

Qapıçılar: Kamran Ağayev ("Qəbələ"), Səlahət Ağayev ("İnter"), Emil Balayev ("Neftçi")

Müdafiəçilər: Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Tərlan Quliyev (hamısı "Qarabağ"), Rasim Ramaldanov ("Xəzər Lənkəran"), Elvin Yunuszadə ("Neftçi"), Mahir Şükürov ("Karşıyaka", Türkiyə)

Yarımmüdafiəçilər: Məhəmməd Mirzəbəyov ("İnter"), Rahid Əmirquliyev ("Xəzər Lənkəran"), Ruslan Abışov, Cavid Hüseynov (hər ikisi "Qəbələ"), Qara Qarayev ("Qarabağ"), Mirhüseyn Seyidov, Araz Abdullayev (hər ikisi "Neftçi"), Cavid İmamverdiyev ("Elazığspor", Türkiyə), Dmitri Nazarov ("Karlsrue", Almaniya)

Hücumçular: Rəhman Hacıyev, Vaqif Cavadov (hər ikisi "Qaziantep BB", Türkiyə), Vüqar Nadirov ("Qarabağ"), Rauf Əliyev ("Xəzər Lənkəran"), Məhəmməd Qurbanov ("Sumqayıt"), Rəşad Eyyubov ("Simurq")

Ehtiyat oyunçular: Elnur Allahverdiyev ("Neftçi"), Vurğun Hüseynov ("Sumqayıt"), İlkin Qırtımov ("Simurq"), Nizami Hacıyev ("İnter"), Namiq Ələsgərov ("Qarabağ")

Qeyd edək ki “Qarabağ” klubunun oyunçuları toplanışda noyabrın 7-dən, Mahir Şükürov, Cavid İmamverdiyev, Dmitri Nazarov, Rəhman Hacıyev və Vaqif Cavadov isə noyabrın 10-dan etibarən iştirak edəcəklər. "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Norveç matçı saat 21:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi