​Futbol üzrə Azərbaycan - İtaliya oyununun biletləri satışa çıxarılıb

​Futbol üzrə Azərbaycan - İtaliya oyununun biletləri satışa çıxarılıb Biletləri "Bakcell Arena"nın kassalarında əldə etmək olar
Futbol
12 Sentyabr , 2015 18:23
​Futbol üzrə Azərbaycan - İtaliya oyununun biletləri satışa çıxarılıb

Bakı. 12 sentyabr. REPORT.AZ/ Avro-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da, saat 21:00-da, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İtaliya oyununun biletləri satışa çıxarılıb.

"Report" xəbər verir ki, biletləri "Bakcell Arena"nın kassalarında və Üzeyir Hacıbəyli küçəsi 48 ünvanında yerləşən Bakcell Müştəri Xidmətləri mərkəzində əldə etmək mümkündür.

Qarşılaşmanın biletlərinin qiyməti:

1-ci kateqoriya – 4 AZN

2-ci kateqoriya – 2 AZN

3-cü kateqoriya – 1 AZN

VİP – 50 AZN

Son xəbərlər

Orphus sistemi