​Futbol matçı zamanı 5 nəfər güllələnib

​Futbol matçı zamanı 5 nəfər güllələnib Oyunun sonlarına yaxın meydana 10 naməlum silahlı şəxs daxil olub
Futbol
4 Avqust , 2015 10:19
​Futbol matçı zamanı 5 nəfər güllələnib

Bakı. 4 avqust. REPORT.AZ/ Salvadorun Delqado şəhərində həvəskarlardan ibarət komandanın 5 futbolçusu naməlum şəxslər tərəfindən güllələnib. "Report"un "Elsalvador"a istinadən verdiyi məlumata görə, idmançılara 10 nəfər atəş açıb. 

İnsident Tranzit koloniyası komandası ilə II Müqəddəs Marqarita koloniyasının yığması arasındakı görüş zamanı baş verib. Ölən futbolçuların birinci komandada çıxış etdikləri bildirilir.

Delqado şəhərinin polis rəisi, komissar Uqo Salinas cinayətkarların oyunun sonlarında meydana girdiklərini deyib. O bildirib ki, insident zamanı yaranan panika nəticəsində atəş açan şəxslər qaçmağı bacarıblar.

Polis hadisənin ərazi mübahisəsi aparan iki qruplaşma ilə bağlı olduğunu istisna etmir. Oyunun keçirildiyi meydança bandaların nəzarət etdikləri ərazilərin sərhədində yerləşir. 

Son xəbərlər

Orphus sistemi