Fransanın iki futbol klubu qonaq azarkeşlərin gəlməsinə qadağa qoyub

Fransanın iki futbol klubu qonaq azarkeşlərin gəlməsinə qadağa qoyub UEFA rəhbərliyi də bu addımı dəstəkləyib
Futbol
18 Noyabr , 2015 11:27
Fransanın iki futbol klubu qonaq azarkeşlərin gəlməsinə qadağa qoyub

Bakı. 18 noyabr. REPORT.AZ/ Fransanın iki futbol klubu Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində keçiriləcək oyunlar üçün qonaq azarkeşlərin gəlməsinə qadağa qoyub. "Report" xəbər verir ki, "Monako" və "Marsel"in ev oyunlarında qonaq komandanı heç kim dəstəkləməyəcək.

Fransa hökumətinin təhlükəsizlik tədbirlərini artırdığı məqamda klubların bu təşəbbüsünü Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) da dəstəkləyib. Qeyd edək ki, noyabrın 26-da "Monako" Belçika klubu "Anderlext"i, "Marsel" isə Hollandiya "Qroningen"ini qəbul edəcək.

Daha öncə təhlükəsizlik məsələləri ilə əlaqədar Brüsseldə baş tutmalı olan Belçika - İspaniya, eləcə də Honnoverdə keçirilməli olan Almaniya - Hollandiya yoldaşlıq görüşləri təxirə salınmışdı.

Son xəbərlər

Orphus sistemi