​Fransalı futbolçunun "Qəbələ"yə keçidi baş tutmayıb

​Fransalı futbolçunun "Qəbələ"yə keçidi baş tutmayıb Səbəb futbolçu və klubun şərtlərinin üst-üstə düşməməsi olub
Futbol
22 May , 2015 15:26
​Fransalı futbolçunun Qəbələyə keçidi baş tutmayıb

Bakı. 22 may. REPORT.AZ/ Türkiyənin "Karabükspor" klubunun futbolçusu Larris Mabialanın "Qəbələ"yə keçidi baş tutmayıb. Bu barədə "Report"a "Qəbələ"nin baş meneceri Zaur Əzizov məlumat verib.

O, fransalı futbolçu ilə danışıqların aparıldığını təsdiqləyib: "Bəli, Mabiala ilə danışıqlar olub. Amma futbolçu ilə klubun şərtləri üst-üstə düşmədiyi üçün keçid baş tutmayıb".

Klub rəsmisi yerli futbolçularla da danışıqların aparıldığını, lakin rəsmi bir şey olmadığından əlavə məlumat verə bilmədiyini deyib.

Z.Əzizov klubdan gedəcək futbolçuların kimliyinə isə mövsümün sonunda aydınlıq gələcəyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi